La Liqa: “Levante” – “Sevilya” matçında 6 qol

Bölmənin digər xəbərləri:
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunu keçirilib.
Arena. az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Levante” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Barselona” 24 xalla vahid liderdir. “Atletiko” ilə “Betis”in 19, “Real”ın 18, “Sevilya”nın 14, “Real Sosyedad”ın 13 xalı var.
İspaniya, La Liqa 8-ci tur 9 oktyabr
Malaqa – Espanyol 1:1
10 oktyabr
Rayo Valyekano – Atletik 0:0 (yarıda qalıb) Alaves – Atletiko 1:2 Barselona – Xetafe 3:0 Real – Vilyarreal 1:0
11 oktyabr
Elçe – Selta 0:0 Real Sosyedad – Deportivo 3:2 Betis – Osasuna 5:2 Rasinq – Valensiya 2:2
12 oktyabr
Levante – Sevilya 3:3
