Lautaro Martines bir aya yaxın oynamaya bilər
Futbol üzrə Argentina milli komandasının və İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines sol bud əzələsindən zədə alıb.
Arena. az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun əzələsində dartılma aşkarlanıb. Argentinalı hücumçunun zədəsinin dəqiq bərpa müddəti hələlik açıqlanmayıb.
Mətbuatda yayılan məlumatlara görə, 29 yaşlı hücumçu noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra meydana qayıda bilər. Bununla belə, onun yaşıl meydanlara nə vaxt dönəcəyi tibbi müayinələrin və bərpa prosesinin gedişindən asılı olacaq.
Qeyd edək ki, Lautaro Martines cari mövsümdə “İnter”in heyətində müxtəlif turnirlərdə 7 oyuna çıxıb. Argentinalı hücumçu bu görüşlərdə 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
The full article is being collected. Available text is shown for now.