← globalread.info

arena.az · 10/13/2026 · 0 views

Share this story

“Sabah” ÇL-də “Slaviya” ilə üz-üzə!

Story illustration

Bölmənin digər xəbərləri:

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümününün Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena. az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 2-ci turunda Çexiyanın “Slaviya” (Praqa) komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Gişamer olacaq. Ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. Video köməkçi hakim (VAR) Alan Kiyas, onun köməkçisi isə Yozef Şpurni olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil ediləcək oyuna saat 20:45-də start veriləcək.

“Sabah” liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. Çexiya təmsilçisi “Slaviya” isə öz meydanında Fransanın “Lans” komandasına 2:3 hesabı ilə məğlub olub. Beləliklə, hər iki kollektiv ikinci turda ilk xallarını qazanmağa çalışacaqlar.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur 13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Praqa) Hakimlər: Sebastyan Gişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya). VAR: Alan Kiyas (Avstriya). AVAR: Yozef Şpurni (Avstriya). Bakı Olimpiya Stadionu.

Article image
Source: arena.az ↗
Share this story

Ask globalread.info

AI news & website helper
What would you like to explore?

I can find stories, explain headlines, or help you use globalread.info.

AI can make mistakes. Check the linked sources. Questions are sent to OpenAI.