Back

“Trabzonspor” Konfrans Liqasında 4 qolla qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinə start verilib.

Arena. az xəbər verir ki, əsas mərhələnin 1-ci turunun bütün görüşləri eyni gündə baş tutub.

Türkiyənin “Trabzonspor” komandası səfərdə Finlandiya təmsilçisi KuPS ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

Niderland nəhəngi “Ayaks” səfərdə Xorvatiya klubu “Hayduk”un qonağı olub və məğlubiyyətə üzülüb.

İngiltərənin “Brayton” komandası evdə Litva təmsilçisi “Jalgiris”ə 4 cavabsız qolla qalib gəlib.

Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunları oktyabrın 22-də keçiriləcək.

Avropa Konfrans Liqası

Liqa mərhələsi, 1-ci tur

15 oktyabr

Gent (Belçika) – Orhus (Danimarka) 1:0

Panatinaikos (Yunanıstan) – Borats (Bosniya və Herseqovina)

Luqano (İsveçrə) – Srvena Zvezda (Serbiya) 3:2

KuPS (Finlandiya) – Trabzonspor (Türkiyə) 2:4

Universitatya (Rumıniya) – Xetafe (İspaniya) 1:1

Riqa (Latviya) – Kayrat (Qazaxıstan) 1:1

Hayduk (Xorvatiya) – Ayaks (Niderland) 2:1

ÇSKA (Bolqarıstan) – Monako (Fransa) 1:2

Myalbü (İsveç) – İnter Eskaldes (Andorra)

Eqnatiya (Albaniya) – Midtyulland (Danimarka) 1:1

Atalanta (İtaliya) – Pafos (Kipr) 3:1

Frayburq (Almaniya) – Yablonets (Çexiya) 3:2

Kopenhagen (Danimarka) – Braqa (Portuqaliya) 3:0

Brayton (İngiltərə) – Jalgiris (Litva) 4:0

Tvente (Niderland) – Tun (İsveçrə) 1:0

Sent-Trüden (Belçika) – İberiya (Gürcüstan) 2:0

Brann (Norveç) – Linkoln (Cəbəllütariq) 2:1

Harts (Şotlandiya) – Nordsyelland (Danimarka) 1:1

The full article is being collected. Available text is shown for now.

Back
Share this story

Get the daily newsletter →

Ask globalread.info

AI news & website helper
What would you like to explore?

I can find stories, explain headlines, or help you use globalread.info.

AI can make mistakes. Check the linked sources. Questions are sent to OpenAI.