Çempionlar Liqası: “Sabah” “Slaviya”ya qarşı – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu start götürəcək.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da ilk oyun günündə növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda turnirin əsas mərhələsindəki ilk oyununda Çexiyanın “Slaviya” (Praqa) komandasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu avstriyalı hakimlər idarə edəcəklər. Matçın baş hakimi Sebastyan Qishamer (Sebastian Gishamer) olacaq. Oyuna saat 20:45-də start veriləcək.
Xarici kontorlar çexləri oyunun favoriti hesab edir.
Xatırladaq ki, “Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə (Manchester United) 0:4 hesabı ilə uduzub. “Slaviya” isə evdə Fransanın “Lans” (Lens) komandasına 2:3 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20.45 Sabah – Slaviya (Praqa)
Hakimlər: Sebastyan Qishamer, Roland Ridel (Roland Riedel), Santino Şrayner (Santino Schreiner), Valter Altmann (hamısı Avstriya).
VAR: Alan Kiyas (Avstriya).
AVAR: Josef Spurni (Avstriya).
Bakı Olimpiya Stadionu.
“ Sabah ”: 92. Stas Pokatilov (k) 3. Solvet 4. Makkarti 80. Zedadka 27. Puxaç 7. Raxmonaliyev 13. Lepinitsa 37. Du Keyros 11. Parris 21. Simiç 20. Mikels
Ehtiyat oyunçular : 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 5. Daşdəmirov 6. Xaybulaev 8. Nvaçukvu 10. İsayev 16. Rüstəmli 17. Mütəllimov 33. Erivaldo Almeyda 34. Severina 88. Rodriqo Fernandes 99. Mbina
“ Slaviya ”: 35. Markoviç 4. Zima 6. N’Gessan 3. Holeş (k) 10. Şturm 23. Sadilek 16. Mozes 27. Vlçek 20. Ayaosi 17. Provod 25. Xori
Ehtiyat oyunçular : 29. Domçak 40. Rezek 8. Kubyak 13. Xitil 14. İsife 15. Süleyman 22. Diakite 30. Novak 47. Barçot 53. Kotrba 60. Potmeşil
Aut.az
<p>The post Çempionlar Liqası: “Sabah” “Slaviya”ya qarşı – YENİLƏNİR first appeared on AUT.AZ .</p>