FIBA Avropa Kuboku: “Gəncə” evdə uduzdu

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.
Aut.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Kolossos”u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.
Xatırladaq ki, “Gəncə” ilk oyunda səfərdə Türkiyə təmsilçisi “Esenler Erokspor”a məğlub olub – 63:92.
<p>The post FIBA Avropa Kuboku: “Gəncə” evdə uduzdu first appeared on AUT.AZ .</p>