Üç hadisə, 150 min manata yaxın ödəniş: “PAŞA Sığorta”dan KASKO təminatı

PAŞA Sığorta müştərilərinin qarşılaşdığı gözlənilməz hadisələr nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasını davam etdirir. Sentyabr ayı ərzində KASKO sığortası üzrə bir neçə yüksək məbləğli ödəniş həyata keçirilmişdir.Hadisələrdən birində güclü yağış nəticəsində yaranmış su gölməçəsindən keçərkən avtomobilin mühərrik hissəsi zədələnib. Həmin avtomobilin təmirinə 61.213 ₼ (sığorta məbləği) ödənilmişdir.Digər yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobil tam yararsız vəziyyətə düşmüş və tam itki qeydə alınmışdır. Bu hadisə üzrə müştəriyə 54.900 ₼ (sığorta məbləği) ödəniş edilmişdir.Üçüncü hadisədə isə yol-nəqliyyat qəzası nəticəsində avtomobilə zərər dəymişdir. Nəqliyyat vasitəsi təmir olunduqdan sonra sahibinə təhvil verilib və təmir xərcləri üçün 32.474 ₼ (sığorta məbləği) ödənilmişdir.