Bir nəslin ortaq xatirələri
Budaqlardan düzələn oyuncaqlar
“Dəydi!” – “Yox, dəymədi”
Belə mübahisələri xatırlayırsınız? Hər oyuncağın mağazadan alınmağına ehtiyac yox idi. Uşaqların əyləncəsi təxəyyüllərindən və ətraflarında tapdıqları sadə əşyalardan yaranırdı. Özləri düşünür, düzəldir və yaratdıqları dünyada saatlarla vaxt keçirirdilər.
Pultla kanal dəyişmək mübahisəsi
Kanal dəyişməsin deyə cihazın qabağını əlinizlə örtürdünüz?
Bir vaxtlar evdə televizora baxmaq özü bir hadisə idi. Hamı bir yerə yığışar, sevdiyi verilişin, cizgi filminin başlamasını gözləyərdi. Tək problem isə televizorun pultu idi. Pult kimin əlində idisə, kanalı da o seçirdi. Başqası başqa verilişə baxmaq istəyəndə əsl mübahisə başlayırdı. Biri cizgi filminə baxmaq istəyirdi, digəri serial gözləyirdi, başqa biri isə futbol oyununu… Kanal dəyişdirilən kimi etiraz səsləri yüksəlir, pult uğrunda kiçik mübarizə başlayırdı. İndi həmin günləri xatırlayanda gülümsəyirik. Bəlkə də, eyni otaqda toplaşdığımız, xırda şeylərə görə mübahisə edib bir neçə dəqiqə sonra hər şeyi unutduğumuz o günlər üçün darıxırq.
Qəzetə bükülən tumlar
Həyətdə dostlarla söhbət edə-edə, televizora baxa-baxa, yay axşamlarında binanın qarşısında oturarkən kiçik kağız bükümün ətrafında çoxlu xatirlər yaranırdı. Tum qurtarsa da, söhbət bitmirdi.
İnternetsiz günlərin ev istiliyi
Axşamlar ailə üzvləri bir otağa yığışar, televizora baxar, söhbət edər, çay süfrəsi ətrafında gün ərzində baş verənləri bir-biri ilə bölüşərdilər. Uşaqlar həyətdən evə qayıtdıqdan sonra valideynlərinin yanında oturar, nənə-babalarının danışdığı əhvalatlara qulaq asar, bəzən də sadəcə ailənin söhbətinə qoşulardılar. O vaxtlar darıxanda əlimizə telefon almaq, sosial şəbəkələrdə saatlarla vaxt keçirmək vərdişimiz yox idi. İndi texnologiya bizi dünyanın istənilən nöqtəsinə bağlasa da, bəzən elə öz evimizdə bir-birimizdən uzaqlaşırıq.
“ Toppuş “
Bu paketi kim xatırlayır? ya da “Toppuş” alanlar ən çox nəyi xatırlayır?
Məktəbdə tənəffüs zəngi çalan kimi bufetə qaçmaq, cibimizdəki xırda pulları saymaq və sevdiyimiz qəlyanaltını almaq ayrı bir sevinc idi. Bəzən aldığımızı dostlarımızla bölüşür, bəzən də dərs başlayana qədər tələsik yeyirdik.
“Bakuş”
Bir vaxtlar uşaqların sevdiyi şirniyyat və qəlyanaltılar arasında “Bakuş” da öz yerini tuturdu.
Qış günlərinin köhnə qızdırıcısı
Bir vaxtlar qışın gəlişi ilə evlərdə başqa bir ab-hava yaranardı. Hava soyuduqca köhnə qızdırıcılar işə düşər, otaqlara yayılan istilik evin ən rahat guşəsini yaradardı. Bəzən qızdırıcının yanında oturub əllərimizi isidər, çöldən gələndə donmuş barmaqlarımızı ona tərəf uzadardıq. Pəncərənin arxasında soyuq külək əsər, biz isə isti otaqda özümüzü dünyanın ən rahat yerində hiss edərdik.
Şirniyyat qutusunda düymələr
Boşalmış şirniyyat qutularının taleyi heç vaxt zibil qutusu olmurdu. Analarımız, nənələrimiz həmin qutulara rəngbərəng saplar, iynələr, sancaqlar və müxtəlif tikiş ləvazimatları yığardılar. Qutunun qapağını açanda içəridə müxtəlif ölçülü, rəngli düymələr görərdik. Bəziləri köhnə paltarlardan çıxarılmış, bəziləri isə illərlə saxlanılmışdı. Hamısı bir gün lazım olar düşüncəsi ilə qorunub saxlanılırdı.
Müəllif: Mədinə Məcidli
The post Bir nəslin ortaq xatirələri appeared first on Füyuzat Jurnalı .
The full article is being collected. Available text is shown for now.