Back

Sahibə Qafarova Belarus parlamentinin sədri ilə görüşdü

Story illustration

Azərbaycan-Belarus parlamentlərarası əlaqələri müzakirə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşündə söhbət aparılıb.

Görüş zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və ölkənin AQEM-ə uğurlu sədrliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin də iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğun olaraq yüksək səviyyədə inkişafından məmnunluq qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri, həmçinin Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun Azərbaycana səfərlərini xatırladaraq, parlamentlərin rəhbərləri səviyyəsində həyata keçirilən bütün bu səfərlərin və görüşlərin qanunvericilik orqanları arasında əlaqələrin mövcud səviyyəsinin uğurlu bir göstəricisi olduğunu bildirib.

Qeyd olunub ki, bu gün parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar, deputatlar qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə iştirak edirlər.

Qanunvericilik orqanları Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlığı qeyd edilib və bu istiqamətdə də fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Article image
Article image
Article image
Back
Share this story

Get the daily newsletter →

Ask globalread.info

AI news & website helper
What would you like to explore?

I can find stories, explain headlines, or help you use globalread.info.

AI can make mistakes. Check the linked sources. Questions are sent to OpenAI.