Məşhur süni intellekt platformasında nasazlıq yarandı

Çinin süni intellekt platforması “DeepSeek”də üç saatdan çox davam edən nasazlıq baş verib.
News24.az xəbər verir ki, “Yicai” nəşrinin məlumatına görə, problem platformanın həm internet versiyasına, həm də mobil tətbiqinə təsir edib.
Platformanın rəsmi status səhifəsində xidmətin fəaliyyətində qismən fasilələr olduğu bildirilib. Daha sonra problemin səbəbinin müəyyən edildiyi və aradan qaldırılması üçün işlərin aparıldığı qeyd olunub.
Nəşrin məlumatına görə, nasazlığın aradan qaldırılması üç saatdan çox vaxt aparıb. Analitiklər problemin hesablama gücü ilə bağlı ola biləcəyini ehtimal ediblər.
