Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub

Slovakiyanın mərkəzi hissəsində yerləşən "Moxovtse" Atom Elektrik Stansiyasının (AES) dördüncü enerji bloku milli enerji şəbəkəsinə qoşulub.
"Report" "Dennik N" portalına istinadən xəbər verir ki, tam gücünə çatdıqdan sonra yeni enerji bloku ölkədə istehlak olunan elektrik enerjisinin təxminən 13 %-ni təmin edəcək.
Dördüncü enerji blokunun işə salınması prosesi iyunun 29-da başlayıb. Enerji blokunun tikintisinin dəyəri 6,7 milyard avro təşkil edib, gücü isə təxminən 470 MVt-a çatacaq.
Enerji bloku istismara verildikdən sonra Slovakiyanın elektrik enerjisi istehsalında atom enerjisinin payının 77,5 %-ə qədər artacağı gözlənilir.
The full article is being collected. Available text is shown for now.